Ötən yazılarımızda şirkətin ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıtmasından, Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəməsindən, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçirməsindən bəhs etmişdik.
Digər yazımızda “Sobsan Boya”nın şefinin Səhiyyə naziri Oqtay Şirəliyevlə bazarlıq edərək Dadaşova Gülnaz Mahir qızını Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdirməsi barədə yazmışdıq.
Başqa bir yazımızda 2020-ci il iyulun 5-də “Sobsan” boya fabrikində baş verən güclü yanğın zamanı zərərçəkənlərin hələ də onlara çatacaq kompensasiyanı ala bilməməsindən bəhs emişdik.
Təsəvvür edirsiniz FHN-nin rəsmi sənədində qeyd edilir ki:
“Rəmzi-S” MMC-yə məxsus “Sobsan “ boya fabrikində baş vermiş yanğın hadisəsi nəticəsində 14 milyon 243 min 126 manat 49 qəpik ziyan dəymişdir. Dəymiş maddi ziyan SOBSAN üçün əhəmiyyət kəsb etmir. Odur ki, fabrikin hadisə ilə əlaqədar şikayəti və iddiası yoxdur ”.
Deməli, 12 milyon manat SOBSAN boya üçün əhəmiyyət kəsb etmir. Bəs görəsən, onda fabrik zərərçəkənin pulunu niyə vermir?
Burada daha maraqlı məqamlar var.
Şikayətçilər bildirir ki, şirkətin 75 manata satdğı 10 kiloluq bir vedrə boyanın real çəkisi 6 kiloqram olur.
Yəni 12 milyonu almaq istəməyən şirkət alıcıları çəkidə aldadır.
Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərləriZöhrab Səbzəliyev və Cavid Səbzəliyevdir. Və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova”Sobsan Boya” şirkətinin rəhbərləri olan Cavid Səbzəliyevin və Zöhrab Səbzəliyevin əmisi qızıdır. (gündəlik-bakı)
Həmçinin oxuyun
Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər
“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …