Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Azərbaycanda vaksin vurduranlar yenidən yoluxdu

Azərbaycanda vaksin vurduranlar yenidən yoluxdu

Xəbər verdiyimiz kimi, Azərbaycanda karonavirusa yoluxanların sayı son günlər artmaqdadır. Yoluxanlar arasında vaksini iki dozada qəbul edənlər də var. Bəs vaksin vurduranların yenidən virusa yoluxmasına səbəb nədir?

Redaktor.az xəbər verir ki, həkim-infeksionist Vüsalə Yaşar ortalama 28 gün fasilə ilə hər iki vaksin dozasını alan insanların immunitetinin tam formalaşmaması səbəbindən yenidən yoluxduqlarını deyib:

“Bunun bir sıra səbəbləri var, immunitetin yaranma müddətini gözləmədən sosial məsafə və gigiyena qaydalarını unudurlar. Çox rahat davranırlar, maskadan istifadə etmirlər. Vaksin vurduranlar elə düşünürlər ki, daha təhlükə yoxdur. Sadəcə məsələ burasındadır ki, gördüyüm xəstələr yaşlarının çox olmasına baxmayaraq xəstəliyi yüngül formada keçirirlər. Hər bir kəs özünü qorumalıdır, yoluxmanın artmasında əsas məsələ gizli keçirilən mərasimlərdir”.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …