Ana səhifə / Aktual / Mehriban Əliyeva YAP Sədrinin I müavini təyin olundu

Mehriban Əliyeva YAP Sədrinin I müavini təyin olundu

Yeni Azərbaycan Partiyasının Sədr müavinləri təyin olunub.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Qeyd edək ki, Partiyanın VI qurultayına qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …