Ana səhifə / Kriminal / Vüqar Səfərli ev dustaqlığına buraxılmasını istəyir

Vüqar Səfərli ev dustaqlığına buraxılmasını istəyir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib və hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmə iclası yanvarın 25-nə təyin edilib.

Xatırladaq ki, Vüqar Səfərli Bakının Səbail rayonunda jurnalistlər üçün ev tikintisinə ayrılan vəsaiti və yerli medianın inkişafı üçün nəzərdə tutulan külli miqdarda pulu mənimsəməkdə ittiham olunur. Virtualaz.org

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …