Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Bakı-Qazax yolunda avtobus aşdı: Ata-ana yaralandı, oğul öldü…

Bakı-Qazax yolunda avtobus aşdı: Ata-ana yaralandı, oğul öldü…

APA-nın xəbərinə görə, hadisə magistralın 80-ci kilometrliyində -Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, Hacıqabul rayonunun Udulu kənd sakini, 1980-ci il təvəllüdlü Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər – ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümbət oğlu, anası – 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdiriliblər.
Məlumata görə, mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb qabaq təkərin partlaması olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Həmçinin oxuyun

Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü – Sabiq mətbuat katibi vəzifəyə təyin olunub

Elm və Təhsil Nazirliynin sabiq mətbuat katibi Cəsarət Valehova yeni vəzifə verilib.Azinforum.az “Qafqazinfo”ya istinadla xəbər verir …

Bir cavab yazın