Cümə , Aprel 19 2024
Ana səhifə / BDU-da Türkan Şoray coşğusu – Fotolar

BDU-da Türkan Şoray coşğusu – Fotolar

Bakı Dövlət Universitetində tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Türkan Şorayı Unversitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor bildirib ki, Türkan Şorayın “Eşq küləyi” filmi ona uğur gətirib və sonradan türk sinema tarixində öz möhürünü vurmuş “Qırmızı ləcək”, “Sərçə balası”, “Yol”, “Arım, balım, pətəyim”, “Məhəbbətim mənim, kədərim mənim” kimi çox məşhur filmlərdə baş rolu ifa edib. Ümumilikdə 220 filmə çəkilən Türkan Şoray yaratdığı obrazları ilə tamaşaçıların böyük sevgisini qazanıb. Rektor onu da bildirib ki, əsli-kökü Azərbaycandan olan Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamalarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır.

Rektor çıxışının sonunda aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını, təqdim edib. Aktrisanın qızı, T.Şorayın rejissoru olduğu “Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.

Türkan Şoray çıxış edərək BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu ifadə edib: “Universitetet kollektivi və tələbəblər mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları yaşatdı”. Aktrisa onu da bildirib ki, sizinlə bir arada olmaq, enerjinizi hiss etmək son dərəcə gözəl duyğudur. Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa “Mən də sizə oxşayıram” deyərək auditoriyanın daha sürəkli alqışlarını qazanıb. Sonra Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.

Görüşdə BDU-nun Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da çıxış edib.

BDU-da Türkan Şoray coşğusu  -  Fotolar
BDU-da Türkan Şoray coşğusu  -  Fotolar
BDU-da Türkan Şoray coşğusu  -  Fotolar
BDU-da Türkan Şoray coşğusu  -  Fotolar
BDU-da Türkan Şoray coşğusu  -  Fotolar
BDU-da Türkan Şoray coşğusu  -  Fotolar

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın