Ana səhifə / Dünya / Ermənistan türk məhsullarını İran malları ilə əvəz edir

Ermənistan türk məhsullarını İran malları ilə əvəz edir

Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz edəcək.

Bunu İranın Ticarətin Təşviqi Təşkilatının rəsmi nümayəndəsi deyib. Bildirilib ki, Ermənistan 2250 adda türk malını İran məhsulları ilə əvəzləmək niyyətindədir.”Bu, iranlı istehsalçılar üçün yaxşı bir fürsətdir”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, yanvarın 1-dən Ermənistanda türk mallarının idxalına 6 aylıq müvəqqəti qadağa qüvvəyə minib. Qərar oktyabr ayında verilsə də, ticarət şirkətlərinə türk məhsullarını əvəz edə bilmələri üçün vaxt verilib.

Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq məhsul idxal edib. Azvision.az 

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …