Çərşənbə , May 8 2024
Ana səhifə / Media / RBK kanalı azad edilmiş ərazilərimizdən reportaj hazırlayıb

RBK kanalı azad edilmiş ərazilərimizdən reportaj hazırlayıb

Rusiyanın RBK televiziya kanalının əməkdaşları işğaldan azad edilmiş Azərbaycan ərazilərindən reportaj hazırlayıblar.

Onların ilk yollandığı şəhər Ağdam olub.

Rusiyalı jurnalistlər bildirirlər ki, burada yollarla hərəkət etmək olar, amma yol kənarına çıxmamaq tövsiyə edilir. Ətrafda minlərlə mina var. Ağdamda reportyorların diqqətini şəhərin demək olar ki, tamamilə dağıdılması çəkib.

Qeyd olunur ki, burada salamat qalmış yeganə bina Cümə məscididir ki, o da ciddi zərrə görüb. Məscidin tezliklə bərpa edilməsinin planlaşdırıldığı vurğulanır.

Sonra Tərtər və Cəbrayılda olan telekanalın əməkdaşları oradakı dağıntılar haqqında da məlumat verirlər. Azvision.az

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …