Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / “Hamı elə bildi ki, şəhid olmuşam” — Erməni maşınında gecələyən qazi

“Hamı elə bildi ki, şəhid olmuşam” — Erməni maşınında gecələyən qazi

“Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım”.

Bu sözləri “Qafqazinfo”ya yaralı vəziyyətdə iki gün təmas xəttində qalan qazimiz Samir Səmədzadə deyib.

Qax rayonu Turaclı kəndində anadan olan 21 yaşlı Samir Səmədzadə 29 sentyabrda cəbhəyə yollanıb.

Samir elə müharibənin ilk günlərindən silahdaşları ilə birlikdə döyüşə atılıb. O, noyabr ayının 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağında yaralanıb.

Samir həmin anı belə xatırlayır:

“Dostum yaralı idi. Onu çıxardanda ayağımdan vuruldum. Onun yarası yüngül idi. Mən isə özümdən getmişdim. Ayıldım ki, çox qan itirmişəm. Ayağımı bağladım, qan bir azaldı. Hamı elə bildi ki, şəhid olmuşam. Bir qardaşımız da qolundan yaralanmışdı. O gecə ayılıb məni vurulan düşmən maşının içinə saldı. Onun da taqəti qalmamışdı. Ayın 8-i səhərə kimi orada qaldım. İstəyirdim su içib, sonra şəhid olum. Ayın 10-u günortadan sonra bizimkilər gəlib şəhidləri götürəndə, gördülər ki, sağam”.

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …