Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / İşğaldan azad edilən rayonların komendantları kimlərdir? – SİYAHI

İşğaldan azad edilən rayonların komendantları kimlərdir? – SİYAHI

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Müvəqqəti komendantların siyahısını təqdim edirik:

Xocavənd rayonu – polis rəisi Xəyyam Mirhüseynov

Füzuli rayonu – polis rəisi Xaqani Məmmədov

Cəbrayıl rayonu – polis rəisi Toğrul Mahmudov

Zəngilan rayonu – polis rəisi Bəkir Cabbarov

Qubadlı rayonu – polis rəisi Bəhruz Cabbarov

Şuşa rayonu – polis rəisi İlqar Rüstəmli

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …