Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalı altında saxlanılan bir sıra yaşayış məntəqələrini azad edib. Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin işğaldan azad edildiyini bildirib.
Yenisabah.az xəbər verir ki, Füzulidən olan şou-biznes nümayəndələri də sevincini izləyiciləri ilə bölüşüblər.
Müğənni-bəstəkar Murad Arif: “Görəsən oradan hiss edirsən, ata… Nənənin, babanın qəbirləri azad oldu…”
Manaf Ağayev: “Yazmaqla hisslərimi ifadə edə bilmirəm. Sevincimin həddi-hüdudu yoxdur. Şükürlər olsun, bu günləri də gördük. Gözümüz aydın olsun. Bütün xalqımızı, yerlilərimi təbrik edirəm. Yaşasın, Azərbaycan ordusu, yaşasın Prezidentimiz!”
Əməkdar artist Ədalət Şükürov: “Mənim ana yurdum füzulilərin, qohumlarımın gözü aydın olsun! Allah bizə kömək olsun”.
Əslən Füzuli şəhərindən olan Günay İbrahimli isə hələ ki, bu barədə paylaşım etməyib.