Ana səhifə / Şou Biznes / Nardaranda ölənlər dəfn edilib

Nardaranda ölənlər dəfn edilib

Noyabrın 26-da Nardaran qəsəbəsində polislə qarşıdurmada ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib.

Bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.

Onun bildirdiyinə görə, bu gün günörta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib: “Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik”.

Xatırladaq ki, hadisə nəticəsində Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın