Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Nazirlər Kabineti bir neçə qərarı ləğv etdi

Nazirlər Kabineti bir neçə qərarı ləğv etdi

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bir neçə qərarı ləğv edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 noyabr tarixli 439 nömrəli, “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləğinin müəyyən edilməsi və “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 85 nömrəli və “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarları ləğv edilib.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …