Ana səhifə / İdman / FIFA federasiya prezidentinin cəza müddətini uzatdı

FIFA federasiya prezidentinin cəza müddətini uzatdı

FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartın futboldan uzaqlaşdırılma müddətini 90 gün artırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bənzər sanksiyalar federasiyanın texniki direktoru Vilner Ettyenə və qadınlardan ibarət komandanın baş məşqçisi Nil Cozefə də tətbiq ediləcək.

“The Guardian”ın iddiasına görə, İv Jan-Bart son 5 ildə gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.

Qeyd edək ki, o, mayın sonunda FIFA tərəfindən 90 günlük futboldan uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …