Ana səhifə / Siyasət / Keçmiş icra başçısından sərt sözlər – “Heydər Əliyevi təhqir edənlər…”

Keçmiş icra başçısından sərt sözlər – “Heydər Əliyevi təhqir edənlər…”

“Utanmasan, oynamağa nə var ki! 1992-1993-cü illərdə Heyder Əliyevi təhqir edənlər, insanlığa yaraşmayan fikirlər söyləyən bəzi “siyasət dəllalları” bu gün özlərini Ulu Öndərin, cənab Prezident İlham Əliyevin fədaisi kimi göstərməyə çalışırlar!”. 

Bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayevə məxsusdur. 

O konkret ad çəkməsə də, fikirlərindən sezilir ki, hədəfə aldığı şəxslər hazırda ya hakimiyyət komandasında təmsil olunur, ya da iqtidara yaxınlığı ilə seçilirlər. 

Musa Musayev həmin şəxslərə xəbərdarlıq etməyi də unutmayıb: “Bəylər, keçmişinizi yaddan çıxarmayın, tarix var və bu tarixin canlı şahidləri var! Özünüzü yığışdırın!”

Musa Musayev hakim partiyanın təmsilçisi olsa da, partiyadaşlarından tənqidi fikirləri ilə fərqlənib. O, hətta YAP-ın aparıcı simalarını da tənqid etməkdən çəkinməyib. Azərbaycan hakimiyyəti islahatlar kampaniyasına başlayanda isə hakim partiyada da proqressiv reformalara ehtiyac olduğunu bildirib. Bu fikirlərinə görə hədəfə gəlsə də, mövqeyindən geri çəkilməyib.

Keçmiş icra başçısından sərt sözlər – “Heydər Əliyevi təhqir edənlər...”

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …