Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Türkiyənin aviasiya texnikaları Naxçıvana gəldi (VİDEO)

Türkiyənin aviasiya texnikaları Naxçıvana gəldi (VİDEO)

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.
Yük təyyarələri ilə gətirilən Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.

Həmçinin oxuyun

İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimova və əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlədən …