Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir. 

Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …