Ana səhifə / Siyasət / Polad Bülbüloğlu: Ermənistan Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək istəyir

Polad Bülbüloğlu: Ermənistan Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək istəyir

Ermənistan Azərbaycanla konfliktə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini cəlb etməyə çalışır.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK-ya açıqlamasında deyib.

“Bu təxribat KTMT ölkələrini və ilk növbədə blokun əsas üzvü kimi Rusiyanı bu konfliktə cəlb etməyə yönəlib. Belə ki, o, Dağlıq Qarabağla təmas xəttində yox, Ermənistan-Azərbaycan sərhədində baş verib”, – deyə səfir bildirib.

P.Bülbüloğlunun sözlərinə görə, Azərbaycan tərəfi iki ildə sərhədin bu istiqamətində Ermənistan tərəfinin atəşkəsi 10 min dəfədən çox pozması hallarını qeydə alıb: “Ancaq bunlar kiçik atışmalar idi, ara-sıra atırdılar və əlbəttə ki, qarşısı alınırdı. Amma döyüşlər beş gün davam esin və Rusiyanın, o cümlədən digər ölkələrin vasitəçiliyinə baxmayaraq, dayandırılmasın, belə şey olmamışdı”.

“Əminik ki, bölgədəki ən böyük, nüfuzlu ölkə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü bu münaqişənin həllində tarixi missiyanı üzərinə götürə bilər. Burada “həm bizim, həm də sizin” söhbəti alınmayacaq. Burada mövqe konkret və açıq şəkildə bildirilməlidir. Xəritədə kimin kimin torpağını işğal etdiyi aydın şəkildə görünür”,-deyə P.Bülbüloğlu Rusiyanın oynaya biləcəyi rolu qiymətləndirib. Virtualaz.org

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …