Ana səhifə / Aktual / Elmar Məmmədyarov: “Əşi, sən Allah, bəsdir!”

Elmar Məmmədyarov: “Əşi, sən Allah, bəsdir!”

Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində Xarici İşlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.

“Gününsəsi.info”nun əməkdaşı E.Məmmədyarovdan ölkə başçısının tənqidlərinə münasibətini soruşub.

Sualı eşidən nazir deyib: “Əşi, sən Allah, bəsdir! Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya (XİN mətbuat xidmətinin rəhbəri-red.) zəng et, cavablandırsın”.

Virtualaz.org xatırladır ki, dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında Elmar Məmmədyarovun iştirak etmədiyini bildirmişdi. Baş nazir Əli Əsədova istinad edən Prezidentin sözlərinə görə, E.Məmmədyarov Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiya zamanı evdə qalmağı üstün tutub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …