Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / Bərdədə heyvan leşləri su kanalına atılıb VİDEO

Bərdədə heyvan leşləri su kanalına atılıb VİDEO

Bərdədə bir neçə kəndin suyundan istifadə etdiyi su kanalına heyvan leşləri atılıb.

Oxu.Az xəbər verir ki, leşlər kanalın Alpout kəndindən keçən hissəsində aşkarlanıb.

Heyvanların müxtəlif xəstəliklərdən öldüyü ehtimal edilir.

Kənd sakinləri bildirirlər ki, onlar kanalın suyundan suvarmada və mal-qara üçün istifadə edirlər.

Kanal bir neçə kəndin ərazisindən keçir. Leşləri kanala kimlərin atdığı isə hələlik məlum deyil.

Qeyd edək ki, leşlər cins heyvanlara aiddir.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …