Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Oqtay Şirəliyevin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? – Açıqlama

Oqtay Şirəliyevin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? – Açıqlama

Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin çıxışı zamanı qarşısına qoyulan lövhəcikdə “Azərbaycan” sözünün yazılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan məsələyə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib.

Nazirlikdən bildirilib ki, ölkənin adının yazılışında səhv yoxdur:

“Ümumdünya Səhiyyə Assambleyasının rəsmi dili fransızcadır. Buna görə də bütün rəsmi yazışmalar və ölkələrin adları da fransız dilində qeyd olunur. “Azərbaycan” sözü də bu dildə olduğu kimi yazılıb”.

Xatırladaq ki, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Assambleyasının videokonfransında çıxış edib. Nazir çıxışında Azərbaycanda pandemiyanın səbəb olduğu vəziyyətdən danışıb. Bu zaman onun qarşısında qoyulan kiçik lövhəcikdə “Azərbaycan” sözünün düzgün yazılmaması diqqət çəkib. /Oxu.az

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …