Cümə axşamı , May 9 2024
Ana səhifə / Gündəm / “İnternet niyə kəsilmişdi?” – ARAŞDIRMANIN NƏTİCƏSİ

“İnternet niyə kəsilmişdi?” – ARAŞDIRMANIN NƏTİCƏSİ

“Noyabrın 6-da Azərbaycanda internet kəsintisi ilə bağlı lazımi addımlar atılıb və bu gün Azərbaycanda stabil internet yayımı mövcuddur. Bütün işləri görülüb ki, bir daha belə hadisə baş verməsin”.

APA məlumat verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E. Vəlizadə bildirib ki, aparılmış və davam edən işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha yüksək səviyyəyə qalxacaq, bir daha belə hallar baş verməyəcək.

Nazir müavini noyabrın 6-da “Delta-Telekom”da baş verən hadisənin araşdırılmasının başa çatdığını da açıqlayıb: “Araşdırmalar göstərdi ki, internet kəsintisi sırf texniki problemlə bağlı olub, hansısa qəsd, yaxud təxribat hadisəsi aşkarlanmayıb. Bunu birmənalı demək olar”.

Həmçinin oxuyun

Eldar Mahmudova yaxın şirkət dərslik istehsal edəcək – 826 minlik iş

Elm və Təhisl Nazirliyi 5-7-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı elan etdiyi …

Bir cavab yazın