Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulması təklif edildi — VİDEO

Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulması təklif edildi — VİDEO

Xüsusi karantin rejimində yas mərasimlərinin çadırlarda və digər qapalı məkanlarda təşkil edilməsi qadağandır. Dəfn mərasimlərində isə məhdud sayda insanın iştirak etməsinə icazə verilir.

Millət vəkili Fazil Mustafa bunu koronavirusun Azərbaycan xalqına ən böyük xeyri hesab edir.

Deputatın sözlərinə görə, ay yarımdır insanlar sakit, təmtəraqsız, yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, sonra evlərindəki qayğıları ilə məşğul olurlar. 7, 40, il mərasimlərinə xərclənəcək pulları da ciblərində qalır.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb:

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …