Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 118 min 532 nəfərə çatıb.
Azvision.az “Worldometers”-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 216 min 209 nəfərdir. İndiyədək 947 min 126 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.