Ana səhifə / Sosial / Bir rayonda qeydiyyatda olub digərində yaşayanların SMS problemi var?

Bir rayonda qeydiyyatda olub digərində yaşayanların SMS problemi var?

“İnsanların Bakının bir rayonunda qeydiyyatda olub başqa bir rayonunda yaşamasının SMS-lə icazə almaq mexanizmi üçün heç bir problemi yoxdur”.

Bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib.

O bildirib ki, vətəndaşlar küçəyə çıxma səbəbini seçərək icazə alıb evdən çıxır:”Harada yaşayıb, harada qeydiyyatda olmağın heç bir əhəmiyyəti yoxdur. Polis əməkdaşı vətəndaşı küçədə saxlayarkən görsə ki, Yasamal rayonunda qeydiyyatdadır, amma indi Xətai rayonundadır. Bu zaman vətəndaş Xətai rayonunda yaşadığını və qaldığı ünvanı bildirir”.

Ə.Baqişev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan qorunmaq üçün insanlara tibbi maskadan istifadə etməyi tövsiyə edir: “Bu tövsiyələr polis əməkdaşları tərəfindən vətəndaşlara çatdırılır. Maskasız gəzən vətəndaş cərimə olunmayacaq”.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …