Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Qatarların hərəkət qrafiki dəyişdirildi

Qatarların hərəkət qrafiki dəyişdirildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edib.

ADY-dən verilən məlumata görə, dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib. Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb.

Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq. Qatarların hərəkət qrafiki ilə ətraflı bu cədvəldə tanış olmaq mümkündür.

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …