Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / “Bu görüş mütləq baş tutacaq” – Deputatdan AÇIQLAMA

“Bu görüş mütləq baş tutacaq” – Deputatdan AÇIQLAMA

“Milli Məclisin deputatları ilə Mərkəzi Bankın İdarə Heyəti arasında müzakirələrin aparılması üçün prinsipial razılıq var”.

Bu barədə Oxu.Az-a parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli bildirib.

Deputat qeyd edib ki, ölkədə koronavirusla bağlı məhdudlaşdırıcı müddət bitdikdən sonra nəzərdə tutulan görüş mütləq baş tutacaq.

Mərkəzi Bankla deputatlar arasında aparılacaq müzakirələrin ümumi mövzusu hazırkı vəziyyətin diktə etdiyi aktual iqtisadi məsələlərə həsr olunacaq.

“Ancaq konkret mövzu dəqiqləşdiriləcək”,- deyə Əli Məsimli məlumat verib.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …