Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Rezin əlcəklərdən istifadə koronavirusdan qoruyurmu?

Rezin əlcəklərdən istifadə koronavirusdan qoruyurmu?

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə tədbirləri çərçivəsində rezin əlcəklərdən istifadənin bir o qədər də effektiv üsul sayılmadığını açıqlayıb.

ÜST gün ərzində əllərini yuyaraq təmiz saxlayan şəxslərin rezin əlcəkdən istifadə edənlərlə müqayisədə, daha çox mühafizə olunduğunu bildirib.

Belə ki, rezin əlcəklərin səthi koronavirus infeksiyasının törədicisi ilə çirklənə bilər. Bu zaman insan üzünə toxunarsa, koronavirus riski ilə qarşılaşa bilər.

Alimlər insanların hər 2-5 dəqiqədən bir üzünə toxunduğunu bildirir. Üzümüzə, xüsusən göz, burun və dodaqlara toxunma isə rahatlıqla koronavirusa yoluxmağımıza səbəb ola bilər.  (oxu.az)

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …