Çərşənbə , May 15 2024
Ana səhifə / Dünya / Aylar sonra Çində ilk yaşandı

Aylar sonra Çində ilk yaşandı

Çində koronavirus epidemiyasının başlamasından bəri ilk dəfə ölkə daxilində yoluxma halı qeydə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komissiyası açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, çinli həkimlər yalnız ölkə xaricindən gələnlərdə aşkarlanan yoluxmalarla mübarizə aparırlar. Belə ki, ötən gün ərzində aşkarlanan 34 yoluxma faktının hamısı ölkə xaricindən gəlib.

Qeyd edək ki, yeni tip koronavirusun səbəb olduğu COVİD-19 yoluxucu xəstəliyi dünya üzrə 176 ölkəyə yayılaraq 220 mindən çox insana yoluxub.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …