Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Rayonlardan gələn 400-dən çox maşın geri qaytarıldı

Rayonlardan gələn 400-dən çox maşın geri qaytarıldı

Bu gün gecə saat 00:00-dan etibarən rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonuna girişinin qadağan olunmasının icrasına başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu saata olan məlumata görə, Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb:

“Şamaxı istiqamətindən də təxminən 60 maşının şəhərə girişinə qadağa qoyulub. Burada məsələ avtomobilin qeydiyyatında deyil, vətəndaşın hara qeydiyyatında olması ilə bağlıdır. Bundan öncəki beynəlxalq tədbirlər zamanı Bakı avtomobil sıxlığı yaranmasın deyə rayon qeydiyyatında olan maşınlar buraxılmırdı. Hazırda Bakıda nəqliyyatın hərəkətində sıxlıq yoxdur. Bugünkü qadağa avtomobillərə deyil, insanlara tətbiq edilir. Bakı qeydiyyatında olan avtomobili idarə edən şəxs rayon qeydiyyatındadırsa, həmin şəxs Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmayacaq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …