Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / YAP Milli Məclis sədrliyinə bu şəxsin namizədliyini verəcək – Rəsmi

YAP Milli Məclis sədrliyinə bu şəxsin namizədliyini verəcək – Rəsmi

Yeni Azərbaycan Partiyası Milli Məclisin sədrliyinə partiyanın Siyasi Şurasının üzvü Oqtay Əsədovun namizədliyini irəli sürəcək.

 

Bu barədə Axar.az-a YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H.Paşayevin sözlərinə görə, partiya O.Əsədovun ötən çağırışda fəaliyyətindən tam razıdır və onun vəzifəsini qanunauyğun şəkildə yerinə yetirdiyi qənaətindədir:

 

“Oqtay Əsədov həm daxili nizam-intizamın qorunması, həm beynəlxalq əlaqələrin güclənməsi, həm də Azərbaycanın xarici siyasətdə qazandığı uğurlarda üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib”.

 

Xatırladaq ki, bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək.

 

İlk sessiyada Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …

Bir cavab yazın