Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / “Qanlı göl” qəsəbəsindəki dözülməz vəziyyət həllini gözləyir – VİDEO

“Qanlı göl” qəsəbəsindəki dözülməz vəziyyət həllini gözləyir – VİDEO

Bakının Yasamal rayonunun “Qanlı göl” qəsəbəsindəki mənzərə zibil “poliqonun”u xatırladır.

Baku.Tv xəbər verir ki, sakinlərin əsas problemi kanalizasiya sularının küçələrə axıdılması və zibilin xüsusi ayrılmış qutulara atılmamasıdır. 

Qəsəbə sakinləri bu barədə bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər. Amma vəziyyətlə bağlı dəyişiklik olmayıb.

Məsələ ilə bağlı Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Rüfət Əhmədov bildirib ki, həmin ərazi özəl şirkətlərdən birinə məxsusdur. 

Buradakı evlər qeyri-qanuni tikilib:

“Qəsəbənin hər çıxış yolunda zibil qutuları qoyaq. Amma kim zibili o qutulara atacaq, kim buna nəzarət edəcək, bu artıq sakinlərin şəxsi işinə qalıb”.

Sakinlərin ev tikmək üçün icazəni hansı qurumlardan aldıqları da sual olaraq qalır. 

Ümid edək ki, qış ayları bitmədən, qəsəbənin bu problemi həll olunacaq.

Həmçinin oxuyun

Deputat: 3 manatlıq arağa baxanda bilinir ki, saxtadır

“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” …