Ana səhifə / İdman / Avropa çempionatında güləşçimiz ermənini məğlub edib finala çıxdı

Avropa çempionatında güləşçimiz ermənini məğlub edib finala çıxdı

Güləşçimiz Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

Belə ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyanı məğlub edib və final görüşündə çıxış edəcək. 

O, rəqibini 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşması sabah keçiriləcək. 

Qeyd edək ki, güləşçimiz Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib – 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini “tuşe” ilə məğlub edib. 

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …