Ana səhifə / İdman / Ötən il Naxçıvan idmançıları 369 medal qazanıb

Ötən il Naxçıvan idmançıları 369 medal qazanıb

Uşaq və gənclərin idmana cəlbi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikada idman tədbirləri beynəlxalq xarakter alıb.

Azinforum.az xəbər verir ki, bu barədə fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirib.

Ali Məclis Sədri qeyd edib ki, 2019-cu ildə muxtar respublikada 1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Muxtar respublika idmançıları 2019-cu il ərzində idmanın müxtəlif növləri üzrə nailiyyətlər əldə edib, dünya, avropa və beynəlxalq turnirlərdə 190, Azərbaycan çempionatlarında 179 medal qazanıblar.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …