Ana səhifə / Sosial / Paytaxtın bu ərazisində işıqforun quraşdırılması sürücüləri narazı saldı – Video

Paytaxtın bu ərazisində işıqforun quraşdırılması sürücüləri narazı saldı – Video

Nobel prospektində bir müddət əvvəl geridönüş üçün quraşdırılan işıqfor sürücülərin narazılığına səbəb olub.

Söhbət Həzi Aslanov qəsəbəsinin girişinə yaxın hissədə quraşdırılan işıqfordan gedir.

Qəsəbədən çıxan sürücülərə sola dönmək tam şəkildə qadağan edilib. Halbuki prospekt ilə üzü “Nargilə” istiqamətində gedən sürücülər işıqforda gözləməli olurlar.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən hissədə hərəkətin tənzimlənməsində hər hansı dəyişiklik edilməyəcək. Oradakı işıqfor təkcə avtomobillərin deyil, eyni zamanda piyadaların da hərəkətini tənzimləyir. Piyadaların rahat və təhlükəsiz keçməsi üçün üzü “Nargilə dairəsi” istiqamətində hərəkət edən sürücülər qırmızı işıqda bir neçə saniyə gözləyirlər. Elə bu səbəbdən Həzi Aslanov qəsəbəsindən çıxan sürücülərə üzü “Nargilə dairəsi” istiqamətində dönməyə icazə verilmir.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …