Çərşənbə , May 15 2024
Ana səhifə / Aktual / Elazığda bir ailəni xilas etdiyinə görə vətəndaşlıq veriləcək – Suriyalı tələbəyə Ərdoğandan müjdə…

Elazığda bir ailəni xilas etdiyinə görə vətəndaşlıq veriləcək – Suriyalı tələbəyə Ərdoğandan müjdə…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda zəlzələ zamanı dağıntılar altında qalan ər və arvadı dırnaqlarıyla torpağı qazaraq xilas edən suriyalı tələbə Mahmud əl-Osmana və ailəsinə vətəndaşlıq veriləcəyini bildirib. 
Moderator.az xəbər verir ki, o, Afrika ölkələrinə səfəri zamanı Əlcəzairdən Qambiyaya gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. 

Jurnalistlərdən birinin “Elazığda iki vətəndaşı əlləriylə qazaraq xilas edən suriyalı Mahmud əl-Osmana vətəndaşlıq verilə bilərmi?”-sualını Ərdoğan belə cavablandırıb, 
“Nə demək verilə bilər? Əlbəttə, ki, veriləcək. Verdik getdi. Burda oxuyur, türkcə də bilir, ailəsinə də vətəndaşlıq verərik” – deyib.
Daxili işlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Xoca zəlzələ zonasında Mahmud əl-Osmanla görüşüb. Nazirlər ona təşəkkür edərək Mahmudun yardım edərkən itirdiyi telefonuna görə ona yeni bir telefon hədiyyə edilib.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …