Ana səhifə / Aktual / Qazaxda namizədlərə təzyiq olunur: “İcra Hakimiyyətinin adı ilə xəbər yayırlar ki…”

Qazaxda namizədlərə təzyiq olunur: “İcra Hakimiyyətinin adı ilə xəbər yayırlar ki…”

Qazax 107 saylı seçki dairəsindən deputatlığa namizəd Kərimova Sevinc İbrahim qızı dünən  Aslanbəyli və Qaymaqlı kəndində görüşlər zamanı bir qrup tərəfindən təqib olunub, o və komandası təzyiqlərə məruz qalıb.

Bu barədə namizədin özü Mia.az-a məlumat verib.

Sevinc Kərimoa bildirib ki, Qaymaqlı kəndində 10 MT 765 nömrə nişanlı 07 markalı avtomobilə Kəmərlı üzrə icra nümayəndəsinin müavni Dursun, eyni zamanda, kənd sakini Gülnaz xanım ( kimliklərini kamera görüntüsü ilə kənd sakinləri ilə birlikdə müəyyən etmişik ona görə də soy adı qeyd edə bilmirik) və digər 2 nəfər Kəmərli kəndində səyyar  görüşlərə mane olublar.

İnsidentlə bağlı polisə məlumat verdiyini deyən xanım  namizəd analoji situasiya ilə Aslanbəyli kəndində də rastlaşdıqlarını bildirib. Özünü YAP –dan olan namizədin qohumları  və eloğluları kimi təqdim edən şəxslər “ biz artıq öz namizədimizi seçmişik, xahiş edirik kənddən çıxın və heç bir  şəkil-filan paylamayın”– deyərək, bir neçə görüş yerinə basqın ediblər:

“Bütün bulara baxmayaraq Qazaxın böyük kəndlərindən biri olan Aslanbəylidə  də  çətinliklərlə də olsa  səyyar görüşlərimiz oldu. Bu bir qrup araqarışdıranın kənd  bələdiyyəsinin üzvləri olduğununu isə  kənd sakinlərinin köməyi ilə müəyyənləşdirməyə nail olduq. Bir sözlə, Qazax rayon İcra Hakimiyyəti  seçkiyə müdaxilələrini davam etdirir və əhali arasında  kiminsə artıq seçilməsi fikrini yayaraq, insanları çaşdırmağa çalışır. Əgər belə olmasının əksini  sübüt etməyə çalışsalar, onda  belə çıxır ki, rayon rəhbərliyi  işçilərini idarə edə bilmir”.

Xatırladaq ki, S.Kəriimova  Qazaxda doğulub.  

Mia.az

img

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …