Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlandı

Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlandı

2019-cu il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8681,5 milyon manat təşkil edib.
Əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,0 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,89 (1,90) manata, 100 Rus rubluna 2,70 (2,63) manata bərabər olub.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …