Ana səhifə / Siyasət / Bələdiyyə seçkilərini izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Bələdiyyə seçkilərini izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

“Bələdiyyə seçkilərində iştirak edəcək yerli müşahidəçilərin sayı 52636 nəfərdir”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, müşahidəçilərdən 1512 nəfəri Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçib.

M.Pənahov qeyd edib ki, Azərbaycanda keçiriləcəkl bələdiyyə seçkilərini müşahidə etmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyata alınıb: “Beynəlxalq müşahidəçilər Avropa və MDB ölkələrinin mərkəzi seçki komissiyalarıdır. Gürcüstan və Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədrləri, daha iki ölkənin Mərkəzi Seçki Komissiyalarının sədr müavinləri müşahidəçi qismində iştirak edəcək”.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …