Ana səhifə / Tibb / Ürək-damar xəstəliklərinin əsas səbəbi – Xolesterin deyilmiş…

Ürək-damar xəstəliklərinin əsas səbəbi – Xolesterin deyilmiş…

Adətən biz xolesterini ürək-damar sisteminin əsas “düşməni” kimi görürürk. Lakin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən bir çox insanlarda xolesterin normada olur.
Digər tərəfdən yüksək xolesterinin salınmasına yönəlmiş müalicə da bəzən heç bir effekt vermir.
Mütəxəssislər qeyd edir ki, əslində ürək və damarların əsas düşməni heç də xolesterin deyil, homosisteindir. 
Saglamolun.az xəbər verir ki, bu haqda rusiyalı həkim-endokrinoloq, diabetoloq Dilyara Lebedeva məlumat verib.
Homosistein orqanizmdə əmələ gələn aminturşusudur. Fol turşusu, B6 və B12 vitaminlərinin təsirindən homosistein orqanizmdən xaric olunur. Lakin bu vitaminlərin çatışmazlığı və bəzi digər səbəblər nəticəsində homosistein orqanizmdə toplanaraq damarların divarlarını zədələyir, onları daha boş və yumşaq edir ki, nəticədə xolersterin belə damarlarda daha asan və tez yığılır. Bilmək lazımdır ki, saglam və möhkəm damarlarda xolesterin yığılmır. Beləliklə, məhz homosistein ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan aterosklerozun inkişafına təkan verir.
Həkim qeyd edib ki, homosisteinin orqanizmdə optimal səviyyəsi 5-7 mkmol/l. Onun 5 mkmol/l və daha çox qalxması aterosklerozun riskini qadınlarda 80, kişilərdə 60% qaldırır.
Lebedeva vurğulayıb ki, profilaktik müayinələr zamanı xolesterinlə yanaşı homosisteinin səviyyəsi də mütləq təyin olunmalıdır.
Homosisteinin artmasının əsas səbəbləri bunlardır: bəzi dərman preparatlarının (metotreksat, karbamazepin, fenitoin və s.) qəbulu, B12, B6 və B9 (fol turşusu) vitaminlərinin defisiti, spirtli içkilər və siqaret, qəhvənin çoxlu miqdarda istehlakı, oturaq həyat tərzi. 

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …