Azərbaycanda son aylar baş verən gözlənilməz dəyişikliklər, aparılan
islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki,
reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini,
yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir
sıra qurumların ləğv edilməsi həm idarəetmədə çoxşaxəliliyi aradan
qaldıra, keyfiyyəti artıra, həm də dövlət xərclərinin azalmasına səbəb
ola bilər. Bu gün ləğv olunacağı tez-tez gündəmə gələn qurumlardan biri
də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Bu qurumun səlahiyyətlərinin
gah Kənd Təsərrüfatı Nazirliyinə veriləcəyi,gah da “Azərsu” ASC- yə
birləşdiriləcəyi barədə məlumatlar demək olar hələ də gündəmdədir.İndi
qurumun taleyinin necə olacağından çox Əhməd Əhmədzadənin Avropa
ölkələrindəki var-dövləti də gündəmdən düşmür. Dövrü mətbuatın vaxtaşırı
Əhməd Əhmədzadənin qardaşlarının, oğlunun, qohum əqrəbasının və yaxın
çevrəsinin milyonlarla dəyəri olan mülklərindən,iaşə və ticarət
obyektlərindən yazırlar. Bəs bu pullar hansı yollarla əldə edilir?
Məlum
olduğu kimi ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün
büdcədən kifayət qədər vəsait ayrılır. Kənd təsərüüfatını isə
meliorasiyasız və su təssərrüfatı olmadan inkişaf etdirmək qeyri
mümkündür. O səbəbdən də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə hər il dövlət büdcəsindən vəsaitlər ayrılır. Bundan əlavə
Prezidentin ehtiyyat fondunda da il ərzində bu sahəyə vəsaitlər ayrılır.
Bəs ayrılan bu qədər vəsaitlərin müqabilində kəndlərdə vətəndaşlar
suvarma suyunun yoxluğundan nə üçün əziyyət çəkirlər? Son illər bu
sahəyə ayrılan dövlət vəsaitinin nə qədər olduğunu konkret deyə
bilmərik. Amma apardığımız kiçik bir araşdırma bu sahədə nə qədər böyük
pulların oynadığından xəbər verir.
Aktualinfo.org
Meliorasiya və SuTəsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və
İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən elan olunmuş
tenderlər ilk baxışdan o qədər də təəccüb döğurmur. Lakin dərinliklərinə
varanda burada nələrin baş verdiyinə təəccüb etməyə bilmirsən. Qeyd
edək ki, 11.04 2019 cu il tarixdən 21 10.2019-cu il tarixədək, yəni altı
ay müddətinə elan olunmuş tenderlərdə ASC-yə tabeli sözügedən qurum
tərəfindən 128 004 790 83 (bu tenderlərdə göstəriləm məbləğlərdir və
tərəfimizdən ümumil olaraq hesablanıb. Məbləğ göstəriləndən az və ya,
çox da ola bilər. red.) manatlıq dövlət sifarişi verilib. Ayrılmış bu
qəıdər dövlət vəsaitinin müqabilində qurum tərəfindən nə kimi işlər
görülüb? Təklif edərdik ki, mütəxəsislərlə birlikdə iş görmək üçün
vəsaitlər ayrılmış ərazilərə bir media tur təşkil olunsun. Biz də
Ağcabədidən Zərdabdan Qazaxdan tutmuş digər adlarını sadalamadığımız
ərazilərdə görülən işləri gözümüzlə görək,mütəxəsislər isə görülmüş
işlərin qiymətini hesablayıb,ayrılmış vəsaitlərlə müqayisə etsinlər.
Gəlin 128 004 790 83 manat dövlət vəsaitinin tender yolu ilə ayrıldığı
sahələrə baxaq.
21.10
2019 da Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın
suvarma suyu ilə təmin edilməsi “Gidromaşservis” QSC 2560766.61 AZN
1996-cı ildə qeydiyyata alınıb 2000 manat nizamnamə kapitalı olan
cəmiyyətin qanuni təmsilçisi Ağabalayev Məzahir Ağabala oğludur
Astara
rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər
“UĞUR-TİKİNTİ” MMC 1824399.42 AZN vergi ödəyicisi kimi barəsində heç bir
məlumat yoxdur
Ağcabədi
rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə
təmin edilməsi “Azəri Servis LTD” MMC 2212500 AZN VÖEN “KONSEPT HOLDİNG”
Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur. Qanuni təmsilçisi Hüseynov
Tahir Rasım oglu göstərilib. Lakin dövrü mətbuatda MMC-nin əsl sahibi
Nasir Nadir oğlu Mustafazadə olduğu bildirilir. Əvvəllər
“Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışmış Nasir Mustafazadənin
Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair
məlumatlar var.
18.10.
2019 cu ildə Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan
təsərrüfatın suvarma suyu ilə təmin edilməsi “MUĞANSUTİKİNTİ”MMC-nin
Şirvan Tikinti filalı 4810000 AZN Şirvan şəhəri 5 saylı Ərazi Vergilər
İdarəsində Gülbala Şıxbala küçəsində vergi uçotuna alınıb. Cəmiyyətin
Neftçala,Saatlı Salyan, Şirvan,Qaragüney,və Avtomobil Nəqliyyatı
filialları var. MMC -nin qanuni təmsilçisi göstərilməsə də Şirvan
zonasında tanınmış şəxslərdən olan Vaqif Qurbanova məxsus olduğu
bildirilir. Vaqif Qurbanov uzun müddət “Muğansutikinti” ASC-nin sədr
müavini vəzifəsində çalışmış, müəsisə sonradan filialları ilə birgə onun
tərəfindən özəlləşdirilmişdir. Onun Əhməd Əhmədzadə dostluq
münasibətlərində olduğu, ASC nin çoxsaylı işlərini gördüyü söylənilir.
22.05
2019 cu ildə Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala,
Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq
sahələrində və bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin
layihə-smeta sənədlərinin hazırlanması “TEMELSU ULUSLARARASI MÜHENDİSLİK
HİZMETLERİ ANONİM ŞİRKETİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI
6270000 AZN Nizamnamə kapitalı göstərilməyən şirkətin qanuni təmsilçisi
Yavuz Karagumusdur
07.05
2019 cu ildə Əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254
yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan
həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə
əhalinin içməli suya tələbatının ödənilməsi “BAKELEKTRO” AÇIQ SƏHMDAR
CƏMİYYƏT 6802099.65 AZN Qanuni təmsilçisi Emin Rzayev Hüseynağa oğludur
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “İQBAL-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
2278098.69 AZN Hüquqi ünvanı Bərdə rayonu olan MMC-nin nizamnamə kapital
10 manat, qanuni təmsilçisi isə Zeynalov Rahim Zahid oğludur
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “BAJA TƏMİR-TİKİNTİ ŞİRKƏTİ” MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏT 959995.53 AZN Qanuni təmsilçisi Alışov İlqar Yaqub oğlu olan
MMC-nin nizamnamə kapitalı1020 manatdır
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “SU-HƏYAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
163999.24 AZN Hüquqi ünvanı Zaqatala rayonu olan MMC-nin nizamnamə
Kapitalı 10 manat qanuni təmsilçisi Təhməzov Xudadat Mehman oğludur
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “VAHİD-2020” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
124498.72 AZN nizamnamə kapitalı 10 manat olan MMC -nin hüquqi ünvanı
Ağdam rayonu Sarıçoban kəndi,qanuni təmsilçisi Həsənov Vahid Yusif
oğludur
o7.o5
2019 -da Əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254
yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan
həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə
əhalinin içməli suya tələbatının ödənilməsi “QRANİT QP” MƏHDUD
MƏSULİYYƏTLİ CƏMİYYƏT 414993.5 AZN Hüquqi ünvanı Bakı şəhəri Binəqədi
rayonu A.Gəraybəyli ev 31 olan MMC-nin nizamnamə kapitalı 150
manat,qanuni təmsilçisi Mürşüdova Rübabə Mustafa qızıdır.
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “MELİORASİYA SU TİKİNTİ” Məhdud Məsuliyyətli
Cəmiyyət 720997.45 AZN Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Baş
İdarəsində 15.04 2019 cu ildə qeydiyyatdan keçmiş MMC nin qanuni
təmsilçisi Seyidov Mirkamil Miriş oğludur. Nizamnamə kapitalı 10 manat
olan, 07.05 də, yəni tenderin keçirilməsindən bir ay əvvəl yaradılmış
NMC -nin sahibi Mirkamil Seyidov “Azərsu ASC”-də uzun müddət müxtəlif
vəzifələrdə çalışmış, Ə.Əhmədzadəyə yaxınlığı ilə tanınan bir şəxs
olduğu bildirilir.
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “BABAYEVLƏR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
593998.39 AZN Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni
təmsilçisi Babayev Ənvər Məmməd oğludur.
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “ŞƏMKİR SU ARTEZİAN – NUR” MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏTİ 3546143.58 AZN Hüquqi ünvanı Şəmkir rayonu Səməd Vurğun Küçəsi
olan MMC-nin20 manat nizamnnamə kapitalı var Dövlət qeydiyyatına 2017
ci ildə alınmış MMC-nin qanuni təmsilçisi Komissar Fərzəli oğlu
İsgəndərovdur.
Əhalisi
736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni
suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya
tələbatının ödənilməsi “AZƏRTRANSS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
2423099.83 AZN Hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev küçəsi olan
MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Qasımov Adil
Məmməd oğludur
11.04
2019 cu il tarixdə 10. Yevlax rayonunda R-2 kanalının yenidən qurulması
“AZƏRTRANSS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1969100 AZN
8.
Biləsuvar rayonunun sərhəd ərazilərində suyığıcı kollektorun tikilməsi
və Əzizbəyov kollektorunun yenidən qurulması Kollektorun yenidən
qurulması “MUĞANSUTİKİNTİ” MMC-NİN SALYAN TİKİNTİ FİLİALI 2983000 AZN
3.
Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə
verilməsi üçün paylayıcı kanalların tikintisi (II mərhələ) Yeni suvarma
“MUĞANSUTİKİNTİ” MMC-NİN SALYAN TİKİNTİ FİLİALI 61335008.72 AZN
7.
Balakən rayonunun Şərif, Yeni Şərif, Qaysa və Meşəşambul kəndlərinin
əkin sahələrinin su təminatının yaxşılaşdırılması Su təminatının
yaxşılaşdırılması “AFGAN HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 944250
AZN
5.
Şəki rayonun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün
Cəyirli su anbarının yenidən qurulması Yenidən qurulma “AFGAN HOLDİNG”
MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 3750150 AZN Yevlax şəhərində 11 saylı
ərazi Vergilər İdarəsində qeydiyyata alınmış MMC-nin qanuni təmsilçisi
barədə məlumatlar bildirilmir
4.
Zərdab rayonunun Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrinin su
təminatının yaxşılaşdırılması “QARABAĞ-ER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT
1342500 AZN Qanuni Təmsilçisi Vəli Albəndov olan MMC nin Əhməd
Əhmədzadəyə yaxınlığı ilə tanınır 11 saylı Ərazi Vergilər İdarəsində
vergi uçotina alınıb Hüquqi ünvanı Tərtər rayonu V,Həsənib küçəsi
göstərilib.
6.
Ağcabədi rayonunun Şənlik təsərrüfatı və ona bitişik ərazilərdə
toplanan qrunt sularının kənarlaşdırılması üçün mövcud drenaj nasos
stansiyasının qurğularla birlikdə bərpası QARABAĞ-ER” MƏHDUD
MƏSULİYYƏTLİ CƏMİYYƏT 1839750 AZN
9.
Bərdə rayonunun Məmmədli kəndinin əkin sahələrinin su təminatının
yaxşılaşdırılması RƏMZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2884500 AZN
Nizamnamə Kapitalı 10 manat olan MMC Bakı Şəhəri Lokal Gəlirlər Baş
İdarəsində vergi uçotuna alınıb.Hüquqi ünvanı Nərimanov rayonu
Qafurzadə, qanuni təmsilçisi Aslanov Habil Şahverdi oğludur
1.
Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci
Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su
nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası FƏRHAD
MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1988000 AZN Hüquqi ünvanı Ağstafa rayonu
Dağkəsəmən kəndi, nizamnamə kapitalı 20 manat olan MMC nin qanuni
təmsilçisi Babayev Sahib Baba oğludur
2.
Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası
paylayıcı kanalların layihələndirilməsi və tikintisi
“KÖRPÜ-BİNA-TİKİNTİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 9528000 AZN Qanuni
təmsilçisi Göyüşov Xaliq Avdil oğlu olan MMC-nin nizamnamə kapitalı
300000 manat, hüquqi ünvanı isə Nərimanov rayonu Əhməd Rəcəbli
küçəsidir. MMC nin vaxtı ilə Qax rayon İcra Hakimiyyətinin başçısı
olmuş,hazırda isə Qazax Suvarma Sistemləri İdarəsinin müdiri Abbas
Göyüşovun yaxın qohumu olduğu bildirilir. Abbas Göyüşovun isə Əhməd
Əhmədzadə ilə yaxın münasıbətlərinin çoxdan olduğu söylənilir.
Göründüyü
kimi Meliorasiya və SuTəsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və
İrriqasiya obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən altı ay
ərzində elan olunmuş tenderlərin qaliblərinin hamısı birbaşa və dolayısı
yollarla Əhməd Əhmədzadə yaxın adamlardır. Bir neçəsini çıxmaq şərti
ilə nizamnamə kapitalı 10 manat olan, kənd yerlətində vergi üçotuna
alınmış,heç bir maddi-texniki bazası olmayan bu MMC-lər dövlət
sifarişini necə həyata keçirirlər? Bunları Tikilməkdə olan Meliorasiya
və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin tender komissiyası
nəzərə alıbmı?İdarənin direktoru Ramiz Vəkilovun burada rolu nələrdən
ibarətdir? Təbii ki,Ramiz Vəkilovun rolu təkcə Əhməd Əhmədzadənin
göstərişlərini yerinə yetirmməkdən ibarət deyil. Burada onun da
faizi,payı olmamış deyil.
Həmçinin oxuyun
Deputat: 3 manatlıq arağa baxanda bilinir ki, saxtadır
“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” …