Ana səhifə / Aktual / Van Dam Qəbələdəki heykəlinin fotosunu paylaşdı

Van Dam Qəbələdəki heykəlinin fotosunu paylaşdı

Dünya şöhrətli aktyor, Hollivud ulduzu Jan-Klod Van Dam özünün “Facebook” səhifəsində Azərbaycanın Qəbələ rayonunda onun şərəfinə qoyulan heykəlin fotosunu paylaşıb.

Aktyor buna görə Azərbaycana təşəkkürünü bildirib.

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Dam) heykəli ucaldılıb. Təşəkkür edirəm”, – deyə aktyor yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Azad Əliyev tərəfindən Qəbələnin Vəndam kəndində Van Damın ağacdan heykəli düzəldilib. Azvision.az

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …