Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Bu axşam elə Elçinlə bərabər İstanbula uçuruq”

“Bu axşam elə Elçinlə bərabər İstanbula uçuruq”

Bir həftədir bir-birinin ardınca tanınmış teleaparıcı Elçin Əlibəyli ilə bağlı mənfi xəbərlər medianın gündəmindən düşmür. Gah aparıcının televiziyadan qovulduğunu yazırlar, gah da həyat yoldaşı tərəfindən döyüldüyünü. Nə baş verir?
BAKU.WS bütün bu suallara cavab tapmaq üçün E.Əlibəylinin xanımı Dilrubə Vaqifqızı ilə müsahibə edib:
– Dilrubə xanım, həyat yoldaşınızla bağlı hər gün yeni xəbər yazılır və sizin də adınız hallanır. Nə baş verdiyini izah edə bilərsinizmi?
– Əslində Elçin də, mən də dünəndən yetərincə açıqlama vermişik. Araşdırırıq görək bu olmayan şeyləri kim və hansı məqsədlə yayır. Kərim kimilərin söylədikləri, Space TV-dən qovulma məsələsi təbii ki, şərdir. Mən dünən – bu söhbətdən, yəni yalançı döyülmə xəbərinin yayılmasından 1 saat əvvəl Bakıya gəlmişəm. Bu axşam elə Elçinlə bərabər İstanbula uçuruq. Haradasa 20 günlük telefonlarımızı söndürəcəyik. Bu məsələ artıq bizim üçün mənasızlaşıb. Axşamdan o xəbərlərə və yazılan şərhləri oxuyub gülürük.
– Elçinin Space TV-dən qovulma xəbəri də yalandır?
-Əlbəttə! Mən Bakıya çatanda Elçin çəkilişdə idi. Gələndə də mənə demişdi ki, saat 12-də çəkilişi var. Bakıya çatanda zəng vurub soruşdum ki, sən Space-dən çıxmısan? Dedi ki, nə danışırsan, veriliş çəkirəm.
– Bəs bu döyülmə məsələsi nədir?
– Mən ümumiyyətlə İstanbuldayam. Biz özümüz də məəttəl qalmışıq, bunu necə edə bilərlər? Şayiə var, yalan var, daha bu qədər də yox! Bizimlə nə qəsdi-qərəziniz var? Yaxşı ki, mənim orada olmağımı təsdiqləyən azərbaycanlılar var. Orada dəqiqəbədəqiqə danışdığım azərbaycanlı dostlarım təsdiqləyər ki, mən Bakıya o xəbər yayılandan sonra gəlmişəm. Yaxşı ki, İnstagram-da İstanbuldan “story”lər paylaşmışam. Dostlarım dünəndən yazırlar ki, sənin əlin İstanbuldan Bakıya çatır? İnanın ki, gülürük. Bu media niyə bu gündədir?
– İstanbulda magistr təhsili aldığınızı bilirəm. Elçin bəy bu ayrılığa necə razı oldu?
– Zatən biz İstanbula köçürük. Axırıncı dəfə Bakıya oktyabrın 20-də gəlmişdim və 5 gün burada qaldım. Sənədlərə görə mənim gəlməyim şərt idi. Magistraturada dərslər həftədə 2 gün olur. İmtahan dönəmini başa vurub Bakıya rahat gələcəkdim. Dekabrın 5-i Elçinin, 7-i mənim doğum günümdür. Doğum günlərimizdə burada olacaqdım. Daha sonra 1-ci semestri başa vurub, yanvarın 20-dən sonra Bakıya gəlib, Türkiyəyə bərabər geri dönməyi planımız vardı. Vardı deyəndə, o fikir yenə də var. Biz verilişi yanvarda yekunlaşdırmağı və Elçinlə bərabər Türkiyəyə köçməyi planlaşdırmışıq.
– Siz təhsil alırsız, bəs Elçin bəy orada nə edəcək?
– Zatən orada iki universitetdə çox məmnunluqla Elçini hoca kimi, akademik kimi görmək istəyirlər. Kimdən istəyirsiz soruşun, biz hər zaman bir yerdəyik. Biz bir-birimizə necə dəstək olduğumuzu hamı bilir. Hətta verilişi yanvarda bağlamağı planlaşdırmışıq. Elçin buradan və verilişdən getmək istəyini 3-4 həftə öncə efirdə bəyan edib. Deyib ki, ailəmi yola salmışam, özüm də gedirəm. Biz hara getsək bir yerdəyik, möhkəmik. Mən İstanbuldayam, yazmağa başqa bir şey tapmadız? Bu media niyə bu vəziyyətdədir?
– Axı döyülmə xəbəri polis bölməsinə istinadla yazılıb.
– Bölməyə getdik, dedilər ki, bizdən belə bir xəbər çıxa bilməz. Özləri də dedilər ki, sizə nə isə tələ qururlar, qaralama kampaniyası başlayıblar. Biz özümüz də anlaya bilmirik nə məsələdir. Bu ancaq sırf şəxsiyyəti gözdən salmaq məqsədi güdür, bunun başqa adı yoxdur. Bu adam kimdirsə, əvvəl-axır tapacağıq.
– Magistraturada hansı ixtisas üzrə təhsil alırsız?
– Televiziya,radio və sinema bölümündə oxuyuram. Mənim televiziyaçılıq ixtisasına yiyələnməyimə birlikdə qərar vermişik. Özü mənə deyib ki, get oxu, televiziyaçılıq ixtisasına yiyələn. Bu işin peşəkarına çevril, diplom mütləq lazımdır. Orada müəllimlərimə belə deyirəm ki, sizin tapşırıqlarınızı həyat yoldaşımın kitablarından oxuyuram. Müəllimlərim mənə deyirlər ki, sənin qocanı çok merak ediyoruz. Elçinlə görüşmək istəyirlər. Mənim təhsil aldığm universitetdə və digər iki universitetdə Elçini müəllim kimi görmək istəyirlər. Çünki Elçinin CV-ni göndərmişəm, rus, erməni, alman dili bilikləri var.
– Demək, həqiqətən də Azərbaycanı tərk edirsiz…
– Biz karyeramızı, gələcəyimizi düşünürük. Məqsədimiz budur ki, magistrı bitirdikdən sonra təmamilə köçüb orada yaşayaq. Mən ya televiziyaların birində çalışaram, ya da akademik təhsilimi davam etdirərəm. Özümü orada hansı formada sübut edəcəm, hələ bilmirəm, amma Elçin orada dərs demək istəyir.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …