Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Bakıda binada uçqun – Fotolar

Bakıda binada uçqun – Fotolar

Bakının Nərimanov rayonunda bina uçub.

” Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nazim Hacıyev 6 ünvanında qeydə alınıb. Belə ki,  4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …