Ana səhifə / Dünya / 30 min suriyalı Suriyaya döndü

30 min suriyalı Suriyaya döndü

Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” əməliyyatı zamanı terrorçulardan təmizlənən Tel Abyad və Ras əl-Eyn bölgəsinə qaçqınların geri qayıtması prosesi sürətlənib.

Bu barədə “Yeni Akit” məlumat yayıb.

Məlumata görə, artıq bölgəyə qayıdanların sayı 30 mini keçib. Tezliklə bu rəqəmin 100 minə çatacağı ehtimal olunur.

Bundan başqa, qaçqınların geri dönməyə başlaması prosesi terrorçuların narahatlığına səbəb olub. Bölgədə təhlükəsizliyin təmin olunmadığını göstərmək üçün terrorçuların tez-tez kiçik teraktlara əl atdığı qeyd edilib.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …