Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Azərbaycanda məmur əməliyyatdan sonra öldü

Azərbaycanda məmur əməliyyatdan sonra öldü

Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı əməliyyatdan sonra ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb. R. Rüstəmovun ayağı iki yerdən sınıb.

O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən …