Ana səhifə / Şou Biznes / “Maşın Şou”da final başladı

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb.

Finala çıxan 3 məşhur – aparıcı Lalə Mustafayeva, aparıcı Suna Kasımoğlu və müğənni Ramal İsrafilov dəyəri 50 min manatlıq “Opel İNSİGNİA” avtomobili uğrunda mübarizə aparacaqlar.

Murad Dadaşov bildirib ki, bu gündən SMS səsvermə dayanır və bundan sonra üç iştirakçının biri yalnız öz gücü bahasına avtomobilə sahib ola biləcək. 

Finalın qaydaları da açıqlanıb. Belə ki şounun qaydalarına əsasən, artıq üç iştirakçının hər biri ayrı-ayrılıqda avtomobilin yanından ayrıla bilməyəcək. İştirakçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə biləcəklər. Hətta əli belə maşından sürüşdürmək qadağandır. Bunlara rəğmən oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunacaqlar. 

Əgər iştirakçının sağlamlığında hər hansı problem yaranarsa, o zaman o, oyundan xaric olunacaq. Yalnız bir gün iştirakçılara təbii ehtiyaclarını ödəməyə icazə veriləcək. Növbəti gün isə bu tamamilə yasaqlanacaq.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …