Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Həlak olan hərbi qulluqçumuz dəfn edildi – FOTOLAR

Həlak olan hərbi qulluqçumuz dəfn edildi – FOTOLAR

Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu Elyarbəy Məmmədovla vida mərasimi keçirilib.

Samux rayonunun Sarıqaya kəndində keçirilən mərasimdə hərbi qulluqçunun yaxınları, xidmət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Mərhumun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

1984-cü il təvəllüdlü E.Məmmədov Qırğızıstanın Oş vilayətində anadan olub.

Azvision.az

Həmçinin oxuyun

Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

“Synergy Group”a aid daha 4 şirkət ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti mayın …