Ana səhifə / Sosial / Yük maşını aşdı, Ələt yolu bağlandı – FOTO/VİDEO

Yük maşını aşdı, Ələt yolu bağlandı – FOTO/VİDEO

Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib. 

“KamAZ” markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobili aşıb. 

Qum daşıyan yük maşınının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb. 

Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib. 

Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib. 

İlkin məlumata görə, yük maşınının sürücüsü ağır xəsarət alıb.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …