Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Daha bir 17 yaşlı qız özünü öldürdü

Daha bir 17 yaşlı qız özünü öldürdü

Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.

“ Azinforum.az ” Oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.

Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb və meyitini tapıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, 5 gün əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb.  

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …